Azərbaycanda işsizlik göstəriciləri açıqlandı | Banco.az

Azərbaycanda işsizlik göstəriciləri açıqlandı

2021-ci il avqustun 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 288,8 min nəfər olmuş, onlardan 4 milyon 947,7 min nəfərini məşğul əhali, 341,1 min nəfərini və ya 6,4%-ni işsiz əhali təşkil etmişdir.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verilir.

İşsizlik nisbəti mayın 1-də 6,9%, iyunun 1-də 6,8%, iyulun 1-də isə 6,6% idi.

Məlumata görə, Cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 690,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 908,1 min nəfər, qeyri-dövlət sektorunda isə 782,5 min nəfər təşkil etmişdir.

İqtisadiyyatın neft-qaz sektorunda 32,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 658,6 min nəfər çalışmışdır.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et