Azərbaycanda həyat sığortası üzrə yığımlar 33%-dən çox artıb | Banco.az

Azərbaycanda həyat sığortası üzrə yığımlar 33%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında könüllü həyat sığortası növlərinin hesabına 420 milyon 845 min manat sığorta haqqı yığılıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 104 milyon 788 min manat və ya 33.2% çoxdur.

Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə 2022-ci ilin eyni ayları ilə müqayisədə 44 milyon 701 min manat və ya 25.4% artaraq 220 milyon 636 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et