Azərbaycanda 7 qanuna dəyişiklik edilir | Banco.az

Azərbaycanda 7 qanuna dəyişiklik edilir

Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında yeddi məsələnin müzakirəsi keçirilib.

Bu, "Fitosanitar nəzarəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Çayçılıq haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Taxıl haqında", "Yeyinti məhsulları haqqında" və "Toxumçuluq haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələridir.

Bütün layihələrdə dəyişikliklər onların "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ümumiyyətlə, 28 qanun layihəsində "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqında" qanuna uyğunlaşdırma ilə bağlı dəyişiklik ediləcək ki, bunlardan 7-si məhz Aqrar siyasət Komitəsinə aid məsələlərdir.

Layihələr müzakirə olunduqdan sonra parlamentin plenar iclasına tövsiyə olunub. 

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et