Azərbaycana ilk dəfə “VAR” gəldi! | Banco.az

Azərbaycana ilk dəfə “VAR” gəldi!

Bir çox ilkləri ilə yadda qalan Azərbaycan Beynəlxalq Bankı daha bir yeniliyə imza atıb. Bankın futbolla bankçılığı birləşdirən növbəti layihəsi böyük maraq doğurub.

Azərbaycanın ən məşhur futbol şərhçilərindən Doktor Ziya ilə Rüstəm Əfsərlinin iştirak etdiyi maarifləndirici layihədə Azərbaycan Beynəlxalq Bankı yeni xidmətlərini təqdim edir. Layihə çərçivəsində hazırlanan videoçarxlar “Rüstəm Əfsərli və Doktor Ziyanın sizə deyəcəkləri VAR!” başlığı ilə anons edildikdən sonra yayımlanıb. Beləliklə, Azərbaycan Beynəlxalq  Bankı hazırda futbol dünyasında geniş istifadə edilən VAR sistemini ölkəmizin reklam məkanına gətirən ilk bank olub.

Məlumat üçün bildirək ki, “VAR”sözü ingiliscə “Video Assistan Referee” ifadəsinin abreviaturasıdır.Mənası “Video köməkçi hakim” deməkdir.Son illər bu sistem dünya futbolunda mübahisəli epizodların aydınlaşdırılması üçün geniş tətbiq olunur. Belə ki, mübahisəli epizodun videosu təkrar izlənir, müzakirə edilir və qərar verilir. Azərbaycan Beynəlxalq Bankı da məhz bu mexanizmi maarifləndirmə kampaniyasının əsas elementinə çevirib.

Ən sərfəli kredit üçün müraciət et

Bankın “Qayğıkeş” kəşbək xidməti və “Cash by code” sistemindən istifadə zamanı “Mübahisəli” vəziyyətə düşən müştərilərihakim fitlə dayandırır. Rüstəm Əfsərli və Doktor Ziya isə baş verənləri analiz edərək düzgün nəticə çıxarırlar. Müştərinin xidmətdən düzgün istifadə etdiyi aydınlaşır və həyat yenidən öz axarına qayıdır.

Həm texnoloji yeniliklər, həm də idman həyatımızın ayrılmaz hissəsidir. Azərbaycan Beynəlxalq Bankının maarifləndirici videoçarxlarının isə uğuru bundadır ki, bu iki ünsürü özündə birləşdirərək bank xidmətlərinə adaptasiya edə bilib. Ona görə də videoçarxlar maraqlı, diqqətçəkən alınıb.

Videoçarxı buradan izləmək olar: https://www.youtube.com/watch?v=Fmkm6U_dIeM

Ən sərfəli krediti almaq üçün müraciət et