Azərbaycan Rusiya qarşısında 1,2 milyard dollar mənfidədir | Banco.az

Azərbaycan Rusiya qarşısında 1,2 milyard dollar mənfidədir

2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 550 mln. 906 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Bu barədə  Dövlət Gömrük Komitəsinin (DGK) hesabatından məlum olur.

Hesabat ilində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

"Hesabat dövründə Azərbaycan Rusiyaya 665 mln. 741 min dollar dəyərində məhsul ixrac edib ki, bu da 2017-ci ilin göstəricisindən 13,4% çoxdur. Bütövlükdə, 2018-ci ildə Azərbaycandan ixracın 3,42%-i Rusiyanın payına düşüb”, -  hesabatda bildirilir.

2018-ci ildə Rusiyadan Azərbaycana idxalın həcmi 1 mlrd. 885 mln. 165 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 21,3% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 17,7% Rusiyadan tədarükün payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, 2018-ci ildə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu  1 mlrd. 219 mln. 443 min dollar təşkil edib.

2017-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi  2 mlrd. 141 mln. 283 min dollar təşkil etmişdi ki, bu da 2016-cı ilin göstəricisindən 4,3% çox idi 2017-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşmüşdü.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et