Azərbaycan Macarıstanla "yaşıl enerji" layihələrini müzakirə edib | Banco.az

Azərbaycan Macarıstanla "yaşıl enerji" layihələrini müzakirə edib

Azərbaycan Macarıstanla “yaşıl enerji” layihələri üzrə tərəfdaşlığın perspektivləri barədə müzakirə aparıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“Macarıstana işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan fəal əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrini gücləndirən təşəbbüslərlə bağlı fikirləri bölüşdük”, - deyə nazir qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et