Azərbaycan əhalisinin yeni sayı açıqlandı | Banco.az

Azərbaycan əhalisinin yeni sayı açıqlandı

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24692 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il may ayının 1-i vəziyyətinə 10 milyon 6 min 149 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin dörd ayı ərzində 44741 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,8) qalmışdır. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrdən 924-ü əkiz, 33-ü isə üçəm doğulanlardır.

2019-cu ilin yanvar-aprel aylarında ölkədə 20135 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,3-dən 6,2-yə qədər azalmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin ilk dörd ayında qeydiyyat şöbələri tərəfindən 18273 nikah və 5562 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,7 olmuşdur.

Cari ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 550 nəfər Azərbaycana gələn, 464 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 86 nəfər təşkil etmişdir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et