Azərbaycan əhalisi iyunda nağd dollar alışını azaldıb | Banco.az

Azərbaycan əhalisi iyunda nağd dollar alışını azaldıb

Bu ilin iyun ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 144 686,9 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 34 746,1 min dollar və ya 19,4 % azdır.

May ayı ilə müqayisədə isə iyunda ölkə əhalisi dollar alışını 83 128,5 min dollar və ya 36,5% azaldıb.

Bundan başqa, bu ilin iyun ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 103 487,9 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 38 354,7 min dollar və ya 27% azdır, bu ilin may ayı müqayisədə isə 32 293,7 min dollar və ya 45,4% çoxdur.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et