Azərbaycan bu ölkələrə neft ixrac edir | Banco.az

Azərbaycan bu ölkələrə neft ixrac edir

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ümumilikdə 15,1 mln. ton Azərbaycan mənşəli xam neft ixrac edilib.

SOCAR-dan verilən məlumata görə, ixrac əməliyyatları Avropa və Aralıq dənizi regionu, habelə Asiya və Şimali Amerika istiqamətində olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilir ki, ixrac edilən xam neftin əsas hissəsi İtaliyaya (24%), Tayvana (13%), Fransaya (9%), Almaniyaya (8%), İsrailə (7%) və Hindistana (6%) təchiz edilib. “Digər həcmlərin ixrac istiqamətləri sırasında Portuqaliya, Çexiya, Tunis, İndoneziya, Xorvatiya, İspaniya, Tayland, Çin, ABŞ, Avstriya kimi ölkələri qeyd etmək olar" - şirkətdən bildirilib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et