Avropada inflyasiya yanvarda geriləyib | Banco.az

Avropada inflyasiya yanvarda geriləyib

Avropa Statistika Ofisi (Eurostat), Avropa Birliyi (AB) və Avro Bölgəsinin yanvarında illik inflyasiya göstəricilərini dərc edib.

AB-də dekabrda 1,6 faiz olan illik inflyasiya, yanvarda 1,5 faizə geriləyib. Avro Bölgəsində isə bir əvvəlki ay 1,5 faiz olan inflyasiya, yanvarda 1,4 faizə enib.

AB-nin üzvü olan ölkələr arasında yanvar ayında ən yüksək inflyasiya 3,2 faiz ilə Rumıniyada, 2,9 faiz ilə Latviyada və 2,8% ilə Macarıstan və Estoniyada baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə ən aşağı inflyasiya isə 0,5 faiz ilə Yunanıstan, 0,6 faiz ilə Xorvatiya və Portuqaliyada ölçülüb.

İnflyasiya nisbəti yanvarda İngiltərədə 1,8%, Almaniyada 1,7%, Fransada 1,4%, İtaliyada 0,9% olaraq müəyyənləşdirilib.

Digər tərəfdən, Avro Zonasında pul siyasətini aparmaqdan məsul olan Avropa Mərkəzi Bankı (ECB), regionda qiymət sabitliyini təmin etmək üçün 2% səviyyəsində inflyasiya hədəfləyir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et