ARPA bütün sferaları əhatə edən ödənişsiz “Workshop”lara START verir! | Banco.az

ARPA bütün sferaları əhatə edən ödənişsiz “Workshop”lara START verir!

“Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliklər və bundan irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar olaraq AZƏRBAYCAN MÜHASİBLƏR VƏ RİSK PEŞƏKARLARI ASSOSSİASİYASI MALİYYƏ NAZİRLİYİ VƏ VERGİLƏR NAZİRLİYİNİN TƏDRİS MƏRKƏZİNİN birgə iştirakı ilə bütün sferaları əhatə edən ödənişsiz “Workshop”lara START verir!

Bu məqsədlə Sizi 27 İyul saat 16:00 da Maliyyə Nazirliyi yanında Elm – Tədris Mərkəzində (METM) keçiriləcək “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa  dəyişikliklərin ehtiva etdiyi nüanslarla bağlı qarşılıqlı fikir mübadiləsinə dəvət edirik. Qanunda nəzərdə tutulan müddəaların müzakirəsi ilə bağlı verdiyiniz təkliflər fonunda “Workshop”ların ümumi istiqaməti və müzakirə predmeti formalaşdırılacaq və bu proses qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşdırılmasında baza rolunu oynayacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

 

Ətraflı məlumat üçün ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərsiniz

Bakı, istiqlaliyyət küç., 31C
AZ1001, Bakı, Azərbaycan

E: [email protected]
T: (+99412) 505 00 56,

    (+99412) 505 53 02

Ən sərfəli krediti almaq üçün müraciət et