ARDNF ilin 6 ayı ərzində nə qədər ABŞ dolları satıb? - RƏSMİ | Banco.az

ARDNF ilin 6 ayı ərzində nə qədər ABŞ dolları satıb? - RƏSMİ

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraclar vasitəsilə 4 010,1 milyon ABŞ dolları satılıb.

ARDNF daxil olan sorğulara cavab olaraq bildirir ki, bu vəsaitin bir hissəsi (5 675,0 milyon manat) yanvar-iyun ayları ərzində plana uyğun şəkildə dövlət büdcəsinə transfert edilib.

Qeyd edək ki, ARDNF 2020-ci ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinə dair təqdimatını (https://www.oilfund.az/storage/uploads/wwfnsts4ng.pdf) ictimaiyyətə açıqlayıb. Təqdimatda da qeyd edilib ki, 01 iyul tarixinə ARDNF-nin aktivlərinin tərkibinə digər valyutalarla yanaşı, 586,7 milyon ABŞ dolları ekvivalentində, yəni 997,3 milyon manat daxildir ki, bu vəsait də ARDNF-nin Mərkəzi Bankdakı hesabında saxlanılır və plana uyğun olaraq manatla olan öhdəliklərini yerinə yetirmək məqsədilə istifadə ediləcəkdir.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et