AQP və nominal məzənnə arasındakı fərq necə olub? | Banco.az

AQP və nominal məzənnə arasındakı fərq necə olub?

Dünya Bankının hesablamalarına görə, alıcılıq qabiliyyəti pariteti üzrə milli valyutaların dolların məzənnəsi ilə nominal məzənnəsi arasında ən böyük fərq müşahidə edilən ölkələrdən biri Azərbaycandır. Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev öz açıqlamasında bildirib. Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda orta illik nominal məzənnə 1.7 manata yaxın olduğu halda, Bankın hesablamalarına görə AQP üzrə məzənnə 1 USD=0.4 manat təşkil edib. Başqa sözlə, AQP və nominal məzənnə arasında fərq 4 dəfə təşkil edib. AQP məzənnəsi valyutanın real alıcılıq qabilyyətini göstərir. Yəni, Dünya Bankının hesablamasından çıxış etsək, ABŞ-da 1 dollara alınan məhsul səbətini Azərbaycanda 40 qəpiyə almaq mümkündür. Halbuki 2 ölkədə qiymət pariteti nominal məzənnəyə uyğun olsa idi, həmin səbət 1.7 manata alınmalı idi.
ABŞ dollarına münasibətdə bütün valyutaların nominal və AQP məzənnəsi arasında fərqlər var. Sadəcə qiymət səviyəsi və valyuta bazarının fəaliyyət mexanizmlərindən asılı olaraq ayrı-ayrı valyutalar üzrə həmin fərq çox dəyişkəndir. İnkişaf etmiş ölkələrdə həmin fərq ya ümumiyyətlə yoxdur, ya da minimumdur (10-20% intervalında). İnkiaşf etməkdə olan ölkələrdə isə fərq həddən artıq böyükdür (1.5-2 dəfədən 5-6 dəfəyə dəyişir).
"2017-ci ilin yekununa görə, AQP və nominal məzənnə arasında fərq Rusiya, Gürcütan və Türkiyədə 2.5 dəfə, Belorus və Qazaxıstanda 2.8 dəfə, Çində 1.8 dəfə təşkil edib" deyə o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et