APPLE-DAN TƏCHİZATÇILARA XƏBƏRDARLIQ: TƏLƏB AŞAĞI DÜŞÜR | Banco.az

APPLE-DAN TƏCHİZATÇILARA XƏBƏRDARLIQ: TƏLƏB AŞAĞI DÜŞÜR

Növbəti Iphone-ların əvvəlkilər qədər məşhur olmayacağı gözləntisi Apple üçün narahatlığa əsas verir. Nikkeinin verdiyi məlumata görə, şirkət təchizatçılara növbəti Iphone-lar üçün 20% daha az komponent sifariş vermişdir. Smartfon bazarında olan geriləmə signalı Apple üçün ruh düşkünlüyü olaraq qiymətləndirilir.

Baxmayaraq ki, Apple səhmləri ilin əvvəlindən 12% artımla müşayiət olunurdu, ötən həftənin cümə günündə Apple səhmlərinin təxminən 2%, həmçinin Nasdaq-da 0.6% aşağı düşməsi satışların azalmasını göstərir.

Bir il bundan əvvəl təchizatçılara olan sifarişlər 100 milyon IPhone 8, IPhone 8 plus və IPhone X məhsulları idi. Bu il Apple daha ehtiyyatlı davranaraq sadəcə 80 milyon məhsul sifarişi etdi. Hazırda 3 yeni IPhone məhsulu təqdim etməyə hazırlaşan Apple, yeni məhsullarda FaceID (Üz-tanıma) funksiyasının olacağını qeyd edir. Ən son modellərin IPhone X-dəkinə bənzər parlaq OLED displeyə malik olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

İnverstorları narahat edən bir məsələ var ki, bu da Apple-ın satışlarının əvvəlki vəziyyətinə qayıdıb-qayıtmayacağıdır. 2018-ci ilin ilk 3 ayının göstəriciləri 52.2 milyon sifariş idi və keçən ilin eyni periodu ilə müqayisədə artım sadəcə 3%-dir. Lakin nəzərə alsaq ki, gözlənilən nəticə 53 million IPhone idi, bir daha satışların aşağı düşdüyünü aydın görmək mümkündür.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et