Amerikanın ən varlı şəxsləri AÇIQLANIB | Banco.az

Amerikanın ən varlı şəxsləri AÇIQLANIB

“Forbes” bu il 37 – ci dəfə yayımladığı “Ən varlı 400 Amerikalı” siyahısını açıqlayıb.

ABŞ – ın ən varlı şəxsi bir ildə sərvətinə 78.5 milyard dollar qatan və cəmi sərvəti 160 milyard dollara çatan Amazonun CEO – su Ceff Bezos oldu.

Həmçinin oxu: 2018-in ən zəngin qadınları AÇIQLANDI

Siyahıya daxil olan 400 nəfərin sərvətlərinin cəmi dəyəri keçən il 2.7 trilyon idisə, bu il 2.9 trilyona yüksəlib. 24 il ərzində siyahının ilk pilləsində yer alan Microsoft – un qurucusu Bill Qeyts isə 97 milyard dollarlıq sərvəti ilə siyahının ikinci pilləsində qərarlaşıb.

Berkshire Hathaway – in sahibi investor Warren Buffett isə 88.9 milyard dollarlıq sərvəti ilə ABŞ – ın ən varlı üçüncü şəxsidir.

Facebook – un yaradıcısı Zuckerberg bir ildə 10 milyard dollar itirib.

Keçən ilə nəzərən sərvəti 10 milyard dollar azalan Mark Zuckerberg 61 milyard dollar sərvəti ilə dördüncü sırada qərarlaşıb. ABŞ – ın ən varlı beşinci şəxsi isə 58.4 milyard dollarlıq sərvəti ilə Oracle – ın qurucusu Larry Ellison olub.

Tramp siyahıda geriləyib.

ABŞ prezidenti Donald Tramp siyahıda 259 – cu pilləyə geriləyib. Keçən il siyahıda 248 – ci olan Trampın sərvəti 3.1 milyard dollar ilə bu ildə eyni qalıb.

“Ən varlı 400 Amerikalı” siyahısının ilk 10 – luğu və sərvətləri aşağıda əks olunmuşdur:

Ad

Cəmi Sərvət (milyard dollar)

Ceff Bezos

160

Bill Qeyst

97

Warren Buffett

88.3

Mark Zuckerberg

61

Larry Ellison

58.4

Larry Page

53.8

Charles Koch

53.5

David Koch        

53.5

Sergey Brin         

52.5

Michael Bloomberg

51.8

Ən sərfəli kredit üçün müraciət et

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et