Almaniyada işsiz əhalinin sayı gözləniləndən çox artıb | Banco.az

Almaniyada işsiz əhalinin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada durğun iqtisadiyyatın əmək bazarına mənfi təsirləri səbəbindən işsiz əhalinin sayı aprel ayında əvvəlki ayla müqayisədə 24 min nəfər artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyi (BA) işsizlik göstəriciləri ilə bağlı aprel ayı məlumatlarını dərc edib.

Bu məlumatlara görə, ölkədə mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlərin sayı aprel ayında əvvəlki aya nəzərən 24 min nəfər artaraq 2 milyon 567 min nəfərə çatıb. Ölkədə mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti isə 5,6 faizdə dəyişməz qalıb. Ekspertlər işsizlərin sayının 10 min nəfər artacağını proqnozlaşdırmışdılar.

Qeyd edək ki, Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada hökumət 2023 və 2024-cü illərdə işsizlik nisbətinin müvafiq olaraq 5,4 və 5,2 faiz olacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et