AGBank yenidən cəhd edir - SATIŞA ÇIXARACAQ | Banco.az

AGBank yenidən cəhd edir - SATIŞA ÇIXARACAQ

“AGBank” ASC bu ilin əvvəlində nizamnamə kapitalını 7 mln. manat artırmaq üçün dövriyyəyə buraxdığı, lakin hamısını sata bilmədiyi yeni səhmlərini ilin sonuna qədər realizə etməyə çalışacaq.

Bunu  Bankdan deyiblər.

Məlumata görə, “AGBank” yaxın aylarda 5,8 mln. manatlıq səhmini kütləvi təklif üsulu ilə satışa çıxarmağa hazırlaşır. Söhbət hər birinin nominal dəyəri 2 manat olan 2,9 mln. ədəd səhmdən gedir. Qiymətli kağızları tam həcmdə yerləşdirmək mümkün olsa, Bankın nizamnamə kapitalı 5,6% artaraq 109,2 mln. manata çatacaq.

SATIŞA ÇIXARDIĞI SƏHMLƏRİNİ SATA BİLMƏMİŞDİ

Bu il “AGBank” ASC nizamnamə kapitalını 7 milyon manat artırmaq üçün satışa çıxardığı yeni səhmlərin 82,86%-ni sata bilməmişdi. Bank kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 3,5 milyon ədəd yeni səhm buraxmışdı. Səhmlərə abunə yazılışı bu il fevralın 26-dan mayın 26-na qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin vasitəçiliyi ilə həyata keçirilmişdi. Prosesin yekunlaşmasından keçən təxminən 1 ay ərzində yeni səhmlərin 600 min ədədi (1,2 milyon manatlıq hissəsi) və yaxud 17,14%-i alınmışdı. Son nəticədə “AGBank” nizamnamə kapitalını istədiyi kimi 6,85% yox, cəmi 1,17% artıra bilmiş və 102,2 milyon manatdan 103,4 milyon manata çatdırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Hazırda onun nizamnamə kapitalı 103,4 mln. manatdır. Bankın səhmlərinin 34,34%-i onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, 4,23%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,42%-i “Kazimir Partners” şirkətinə, 5,72%-i Fərzulla Yusufova (MŞ-nın üzvü), 8,2%-i Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), 45,08%-i isə 78 minoritar səhmdara məxsusdur.

© Report

Ən sərfəli krediti almaq üçün müraciət et