ABŞ neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib | Banco.az

ABŞ neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent neftinin qiymətinin bir barel üçün proqnozunu 88,55 dollara qaldırıb.

Banco.az bu barədə  Amerika agentliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) analitiklərinin hesabatına istinadən xəbər verir.

Əvvəlki ekspert hesablamaları Brent neftinin orta illik qiymətlərinin bir barel üçün 87 dollar olduğunu nəzərdə tuturdu.

Analitiklər həmçinin 2025-ci il üçün xammalın istinad markasının dəyərinin təxminlərini artırıblar. Gələn il Brent markalı neftin bir barelinin əvvəllər proqnozlaşdırılan 84,8 dollardan orta hesabla 86,98 dollara başa gələcəyi gözlənilir.

Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə gündəlik neft hasilatı proqnozunu qaldırıb. Mütəxəssislərin gözləntilərinə görə, bu rəqəm 13,21 milyon barel olacaq (əvvəlki hesablama ilə müqayisədə üstəgəl 20 min). 2025-ci ildə ABŞ-da orta gündəlik xam neft hasilatı 13,72 milyon barrelə çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et