ABŞ-da sənaye istehsalı proqnozlara uyğun artıb | Banco.az

ABŞ-da sənaye istehsalı proqnozlara uyğun artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da sənaye istehsalı proqnozlara uyğun gəlib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) mart ayı üzrə sənaye istehsalı və potensialdan istifadə məlumatlarını açıqlayıb.

Məlumatlara görə, ölkədə sənaye istehsalı mart ayında əvvəlki aya görə 0,4 faiz artıb.

Bu dövrdə bazar proqnozlarına uyğun artan sənaye istehsalı fevral ayında da 0,4 faiz artmışdı.

Mart ayında emal sənayesi istehsalı isə 0,5 faiz artıb. Sözügedən göstərici üzrə artım fevral ayında 1,2 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Eyni dövrdə ölkədə potensialdan istifadə əmsalı 0,2 bənd artaraq 78,4 faiz olduğu halda, uzunmüddətli orta göstəricidən 1,2 bənd aşağı qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et