"50 minə yaxın ukraynalının Azərbaycana səfər edəcəyi gözlənilir" | Banco.az

"50 minə yaxın ukraynalının Azərbaycana səfər edəcəyi gözlənilir"

“Ukrayna və Azərbaycan arasında regional əməkdaşlıq turizmin inkişafına böyük töhfə verəcək”.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, bu ilin sonunadək 50 minə yaxın ukraynalının Azərbaycana səfər edəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

“Ukraynalılar Bakını görmək istəyirlər. Azərbaycanda görməli, gəzməli çox yer var: gözəl dağlar, isti dəniz. Bu səbəbdən də iki ölkə arasında hava uçuşlarının artırılmasını gözləyirik”, - V. Kanevski qeyd edib.

APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et