2014-cü ildə Azərbaycan nefti Rusiya ərazisindən nəql edilməyəcək | Banco.az

2014-cü ildə Azərbaycan nefti Rusiya ərazisindən nəql edilməyəcək

Rusiyanın "Transneft" şirkətinin rəsmisi Dyomin Azərbaycanla sərhəddə kəmərin bağlanması barədə məlumat verib.

2014-cü ildə Azərbaycan nefti Rusiya ərazisindən nəql edilməyəcək. Rusiyanın "Transneft" şirkətinin rəsmisi Dyomin Azərbaycanla sərhəddə kəmərin bağlanması barədə məlumat verib. 

ANS PRESS-in "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, 2013-cü ildə bu kəmərlə 1,7 milyon ton neft nəql edilməli idi, ancaq tranzitin uzadılması danışıqları alınmayıb, çünki Azərbaycan öz neftini Bakı-Tbilisi-Ceyhanla nəql edir. "Transneft" isə 1-2 milyard dollar potensial gəlir itirib. Rusiyadan reverslə nəql versiyasını gözləyən "Rosneft" də borunu doldurmağa tələsmir. 

Müqavilənin uzadılmamasına səbəb kimi isə tarifləri əsas götürürlər. “Biz ARDNŞ-yə bildirdik ki, nəql həcminə görə tarifləri bildirsinlər, amma heç bir təklif almadıq”, - deyə Syomin bildirib. “Bu hesablamalara görə, ildə 1,5 milyon ton nəqlə görə tarif 1 tona görə 720 rubl, 1,8 milyon ton həcmdə 700 rubl, 5 milyon tonda 400 rubldan az ola bilər. İndi tarif $16-dır (524 rubl). Təklifdən sonra rəsmi danışıqlar olmayıb. 

“Transneft”in hesablamasına görə, 2012-ci ildə Azərbaycan neftinin nəqlindən $40 milyon gəlir itirib. Hazırda Azərbaycan nefti əsasən BTC ilə ixrac edilir”.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et