10 il sonra etdiyinizə peşman olacağınız 6 davranış | Banco.az

10 il sonra etdiyinizə peşman olacağınız 6 davranış

Müəllif: Gülnar Əhmədli, Banco.az

İnsan ömrü bir göz qırpımında keçir. Uşaqlıqdan və yeniyetməlikdən sonra biz yetkinləşirik və səhvlərimizin yükü çiyinlərimizə yüklənir. Hamımız səhv edirik və pis seçimlərimizdən dərs çıxarırıq. Ancaq bəzi səhvlər ömür boyu bizi izləyə bilər. Bəzən davranışlarımızın illər sonra bizə necə təsir edəcəyini qabaqcadan görə bilmirik. Bu məqalədə indi etsəniz 10 ildən sonra peşman olacağınız səhvlərdən danışacağıq.

1. Komfort zonada qalmaq

Bir komfort zona yaratmaq və özünüzü yaxşı hiss etmədiyinizdə orada qalmaq o qədər də pis olmaya bilər. Ancaq qarşılaşdığınız hər maneə üçün bunu etməyə öyrəşsəniz, heç bir irəliləyiş əldə edə bilməyəcəksiniz. Rahatlıq zonanızdan kənara çıxmaq narahat ola bilər, amma cəhd etməsəniz, illərlə eyni yerdə qalma şansınız var.

2. Mükəmməl vaxtı gözləmək

Mükəmməl deyə bir şey yoxdur. Xüsusilə bir şey etmək üçün mükəmməl vaxt gözləyirsinizsə, heç bir şey edə bilməzsiniz. Həyat gözləməklə keçmir. Bəzən nə qədər hazırlaşsan da, həyat sənə əngəllər yarada bilər.

3. Çox tez təslim olmaq

Bəzən işlər çətinləşəndə ​​imtina etmək daha asan ola bilər. Təəssüf ki, əgər belə bir vəziyyətdə ilişib qalsanız, ən kiçik maneə ilə belə qarşılaşdığınız zaman təslim olacaqsınız. Daim bir şeylərdən imtina etsəniz, həyatın gözəlliyini əldən vermiş olarsınız. Unutmamaq lazımdır ki, hər şey az da olsa, səy göstərməyə dəyər.

4. Olmadığın biri kimi davranmaq

Başqalarına uyğunlaşmaq insanların təbiətində var. Hamımız qəbul olunmaq, sevilmək və təhlükəsiz hiss etmək istəyirik. Burada, əlbəttə ki, səhv bir şey yoxdur. Amma bəzən qəbul edilmədiyimiz üçün başqa biri kimi davranırıq. Təəssüf ki, çox uzun müddət başqası kimi davransanız, nəticədə olduğunuz insanı itirirsiniz. Yavaş və ya çətin olsa belə, nə istədiklərinizi anlamaq üçün vaxt ayırın.

Ən sərfəli kredit üçün müraciət et

5. Həyatınızda mənfi münasibətləri saxlamaq

Burada təkcə romantik münasibətlərdən söhbət getmir. İstər sevgiliniz olsun, istərsə də ən yaxın dostunuz. Əgər bir insan sizi incidirsə, onu həyatınızda saxlamağın mənası yoxdur. Sizə mənfi təsir edən bir münasibət illər sonra peşman olmanıza səbəb ola bilər.

6. Səhvlərdən dərs almamaq

Hamımız səhv edirik və səhv qərarlar veririk. Bu vəziyyətdə iki variantımız var. Ya səhvlərimizdən nəticə çıxarıb davam edirik, ya da eyni davranışı davam etdiririk. Səhvlərindən dərs almayan insanlar onları dəfələrlə təkrarlamağa məhkumdurlar. Üstəlik, nəticələr hər dəfə daha da pisləşə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et