PULUNUZU DAHA TEZ ALIN | Banco.az

PULUNUZU DAHA TEZ ALIN

İndi qohumlarınızın və tanışlarınızın ölkənin istənilən bölgəsindən, həmçinin xaricdən göndərdiyi pulu, Unibank sizə daha tez çatdıracaq. Heç banka gəlməyinizə də ehtiyac qalmayacaq, çünki pul birbaşa sizin Visa kartınıza oturacaq. Unibankın qoşulduğu Visa-nın Visa Direct -uzaq məsafədə tez köçürmələr xidməti, Azərbaycanın ən ucqar bölgəsinə, həmçinin xaricə, qısa müddətdə pul köçürməsini mümkün edir. Üstəlik, xidmətin fəaliyyətə başlaması ilə bağlı Unibank  xüsusi kampaniya keçirir. İlin sonunadək  bu xidmətdən istifadə edən bütün Unibank müştəriləri heç bir komissiya haqqı ödəməyəcəklər.

 

Unibank  kartı olan müştərilər Visa Direct xidmətindən istifadə edərək, Unibankın bankomatları vasitəsilə pul köçürə biləcəklər. Bu proses bir neçə saniyədən  2  iş gününə qədər çəkə bilər. Bu köçürmə yalnız Unibank-ın Visa kartları vasitəsi ilə mümkün olacaq.

Ən sərfəli kredit üçün müraciət et

 

Kampaniyanın müddəti bitdikdən sonra isə Unibankın plastik kartı vasitəsilə bu əməliyyat Azərbaycan daxilində aparıldıqda, müştəridən 1% (min.1 AZN/USD/EUR/GBP), Azərbaycandan xaricdəki plastik karta pul köçürüldükdə 1% (min. 2 AZN/USD/EUR/GBP) həcmində komissiya tutulacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az/az/private-clients/moneysend/)  və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı. 

Ən sərfəli krediti almaq üçün müraciət et