Kapital Bank yeni konsepsiyalı ilk filialını təqdim etdi | Banco.az

Kapital Bank yeni konsepsiyalı ilk filialını təqdim etdi

Son dövrlər ardıcıl yeniliklərə imza atan Kapital Bank bu dəfə müştərilərinə ilk yeni konsepsiyalı filialını təqdim edib. Tamamilə yeni dizaynı olan bu filialda müştərilərin rahatlığı üçün gözəl şərait yaradılıb.

Yeni konsepsiyalı ilk filial yalnız Kapital Bankın yeni brend stilinə uyğun orijinal dizaynı ilə fərqlənmir. Yeni filiallarda Bankın qarşısında duran əsas vəzifə müştərilərinin məmnuniyyətini artırmaqdır. Bu məqsədlə filialda növbə tənzimləyicisi, ödəniş aparatları, bir neçə ATM, o cümlədən ödəniş qəbul edən bankomat yerləşdirilmişdir. Həmçinin filiala daxil olan hər bir müştərini Bankın gülərüzlü həmkarları qarşılayaraq onların suallarını cavablandırır və müvafiq istiqamətə yönləndirir. Rahatlıqla yanaşı, əsas məqsədlərdən biri müştərilərin filialda qısa vaxt sərf etməklə keyfiyyətli bank xidmətlərindən yararlanmasını təmin etməkdir.

Yeni konsept filial Xətai rayonu, Sarayevo küçəsi 7Q ünvanında fəaliyyət göstərir.

Xatırladaq ki, bu il ərzində daha bir neçə yeni konsepsiyalı filialın müştərilərin ixtiyarına verilməsi planlaşdırlıb.

Ən sərfəli kredit üçün müraciət et

Kapital Bank hazırda 89 filialı və 6 şöbəsi ilə Azərbaycanın bütün rayon və şəhərlərində əhaliyə xidmət göstərir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz

 

Ən sərfəli krediti almaq üçün müraciət et