"Toyota Motor" Yaponiya tarixində yeni rekorda imza atıb | Banco.az

"Toyota Motor" Yaponiya tarixində yeni rekorda imza atıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Toyota” Yaponiyada illik mənfəəti 34 milyard dolları keçən ilk şirkət oldu.

Banco.az xəbər verir ki, “Toyota Motor” şirkətinin 2023-cü maliyyə ilində (aprel 2023-mart 2024) əməliyyat mənfəəti 5,35 trilyon yen (34,4 milyard dollar) təşkil edib.

Məlumata görə, göstərici “Toyota” şirkətlər qrupuna daxil olan “Daihatsu”və “Hino” istehsalçılarının nəticələrini də nəzərə alır. Bir il ərzində, şirkətin mənfəəti illik müqayisədə 96,4% artıb ki, bu da əsasən Yaponiya valyutası olan yenin dollara nisbətdə aşağı məzənnəsi hesabına baş verib. Konsernin bu dövr üçün xalis mənfəəti 4,9 trilyon yen (31,5 milyard dollar) təşkil edib ki, bu da onun tarixində rekord hesab olunur.

Qeyd edək ki, cari maliyyə ili üçün “Toyota Motor” xalis mənfəətinin 27,8% azalaraq 3,57 trilyon yen olacağını proqnozlaşdırır. Eyni zamanda, şirkət satışların 2% artaraq 46 trilyon yen olacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et