Azərbaycan Bolqarıstana bu ölkənin illik sərfiyyatının 55 %-dən çox qaz ixrac edəcək | Banco.az

Azərbaycan Bolqarıstana bu ölkənin illik sərfiyyatının 55 %-dən çox qaz ixrac edəcək

2024-cü ildə Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir.

Bunu Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşündə çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Biz müəssisələrimizi daha sıx çalışmağa sövq etməyə çalışırıq. SOCAR keçən il Bolqarıstanda rəsmi olaraq təmsil olunmağa başlayıb. Azərbaycanın enerji məhsulları, xüsusən də təbii qazı Bolqarıstana ixrac edilir. Bolqarıstandan olan qonaqlarımız da Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerji layihəsinə maraq göstərirlər",- deyə M.Cabbarov əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et