Bolkartdan Yeni il hədiyyəsi! | Banco.az

Bolkartdan Yeni il hədiyyəsi!

Azərbaycanda nağdsız ödənişlərin əhatə dairəsini genişləndirmək məqsədi ilə “Bank of Baku” Bolkart üzrə ödəmə müddətini əlavə 3 ay artırır. Beləliklə, 27-31 dekabr 2013-cü il tarixləri arası Bolkart-ın keçərli olduğu partnyor mağazalarda 3 aylıq ödəmə 6 ay, 6 aylıq ödəmə 9 ay, 12 aylıq ödəmə isə 15 ay olacaq. 1 aylıq ödəmə müddətli olan mağazalarda isə 3 ay sonra ödəmək mümkündür.

Beləliklə, indi Bolkart sahibləri şəhərimizin iri ticarət mərkəzlərində və brend mağazalarda daha sərfəli ödəmə şərtilə alış-veriş edə bilərlər. 

Bolkart MasterCard sahibləri isə, partnyor olmayan digər mağazalarda da alış-veriş edib növbəti ayın 10-dək əlavə xərcsiz ödəniş edə bilərlər. “6 rəqəmli təsdiq kodu taksit 3” yazıb 8145-ə SMS göndərməklə, 4.5%-lik komissiya haqqı qarşılığında bu cür ödənişləri 3 aya bölmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün Bolkart Azərbaycanın ən məşhur hissə-hissə ödənişli kredit kartıdır və 185.000-dən artıq Azərbaycan vətəndaşı ondan gündəlik istifadə edir.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

WhatsApp-la sifariş üsulu: ticarət obyektlərində bankın xüsusi anketini əldə edib doldurmaq, sonra isə mobil telefonla anketin şəklini çəkib WhatsApp-la 055/050  447-00-55 nömrələrindən birinə göndərmək tələb olunur.

Bolkart-ın üstünlükləri barədə daha ətraflı: 145 nömrəli Məlumat Mərkəzi, www.bolkart.az və www.facebook.com/Bolkart

Ən sərfəli krediti almaq üçün müraciət et