Bank VTB (Azərbaycan) və SİNAM MMC arasında müqavilənin imzalanması üzrə danışıqlar aparılır | Banco.az

Bank VTB (Azərbaycan) və SİNAM MMC arasında müqavilənin imzalanması üzrə danışıqlar aparılır

Bank VTB (Azərbaycan) Azərbaycanın təxminən 10 aparıcı İT şirkətlərinin iştirak etdiyi Oracle şirkətinin program lisenziyalarının alınması üçün tender keçirib. Tenderin nəticələrinə görə müsabiqənin qalibi SİNAM şirkəti elan edilib. Bu barədə saytımıza daxil olan məlumatda bilidirilir. 

Qeyd edək ki,  hal-hazırda SİNAM və Bank VTB (Azərbaycan) arasında müqavilənin imzalanması üzrə danışıqlar aparılır.

Onu da nəzərinizə çatdıraq ki, müqaviləyə əsasən, Bank VTB (Azərbaycan) Oracle məlumat bazası və Oracle Business İntelligence program təminatı üçün lisenziya əldə etməyi planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB (Azərbaycan) ASC-nin Biznes Prosseslərinin İnkişafı Şöbəsinin müdiri Maksim Popov:                                                                                                                      

“Yeni program təminatının köməyilə bütün məlumatların vahid saxlanc yeri qurulacaq. Biz müxtəlif məlumatları konsolidə ediləcəyi vahid sistemdə həyata keçiriləcək bütün hesabatlarımızın və  analitikanın avtomatlaşdırılması imkanını əldə edəciyik.”

Ən sərfəli krediti almaq üçün müraciət et