Bank VTB (Azərbaycan) cari ilin birinci yarısını əhatə edən hesabat təqdim edib | Banco.az

Bank VTB (Azərbaycan) cari ilin birinci yarısını əhatə edən hesabat təqdim edib

“Bank VTB (Azərbaycan)” ASC-dən saytımıza daxil olan məlumatda bilidirilir ki, bank 2014-cü ilin birinci yarısında görülmüş işlərin yekunları üzrə hesabat təqdim edib. Hesabatda qeyd olunur ki, 1 iyul tarixi üzrə bankın kredit portfelinin həcmi 215,985 mln. manata çataraq, ötən ilin müvafiq dövrünün göstəricilərini demək olar ki, iki dəfə üstələyib. Əhalinin əmanətlərinin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə, 90%-dan çox artaraq, 6,3 mln manata çatıb.

Bundan əlavə, hesabatda bankın aktivlərinin iki dəfə artaraq, 229,699 mln. manata çatdığı qeyd olunur. Bankın məcmu kapitalının isə 47,837 mln. manat məbləğində olduğu vurğulanır. Hesabatda bankın gəlirləri barədə məlumata da yer verilir. Belə ki, bank gəlirlərinin 2,5 dəfə artaraq, 20, 257 mln. manata çatdığı, bu zaman faiz gəlirlərinin artımının 167%, qeyri-faiz gəlirlərinin artımının isə 23% həddində olduğu bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə departamentinin direktoru İlqar Novruzov: “Bizim kreditləşmə bazarında mövqeyimiz möhkəmdir və cari ilin birinci yarısının göstəriciləri buna sübutdur. Həmçinin, korporativ kreditləşmə sahəsində də mövqelərimizi gücləndirmişik. Biz həmişəki kimi kiçik və orta biznes seqmenti ilə aktiv işi davam etdiririk. Bu da öz növbəsində ölkənin iqtisadiyyat sahələrinin inkişafında müsbət təsirə malikdir”. 

Ən sərfəli krediti almaq üçün müraciət et