ABB 2012-ci il ərzində dividendlərin ödənilməsi prosesinə başlayıb | Banco.az

ABB 2012-ci il ərzində dividendlərin ödənilməsi prosesinə başlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2012-ci il ərzində dividendlərin ödənilməsi prosesinə başlayıb. Bu barədə bankdan məlumat verilib.

“8 iyul 2013-cü il tarixindən etibarən səhmdarlar 2012-ci il ərzində dividendlərin alınması üçün bankın filiallarına müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunur.

Xəbər verildiyi kimi, ABB 2012-ci ildə əldə etdiyi xalis mənfəətin 14,1 mln. manatını dividendlərin ödənilməsinə yönəldəcək. İllik 5,2% həcmində dividendlərin ödənilməsinə dair qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul edilib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.

Ən sərfəli krediti almaq üçün müraciət et