Ən sərfəli debet kart təklif edən 6 BANK | Banco.az

Ən sərfəli debet kart təklif edən 6 BANK

Son dövrlərdə ölkəmizdə banklar tərəfindən müştərilərə təqdim edilən bank məhsullarından biri də debet kartlardır. Müştərilər bu kart vasitəsilə bankomat və ya POS-terminallardan nağd vəsaitlərin əldə edirlər. Hazırda debet kartlar istifadə olunma formasından asılı olaraq sərfəlilik dərəcəsi dəyişdiyinə görə, bankların da bu kartlara tətbiq etdikləri imkanlar müxtəlifdir.

Həmçinin bax: Ən sərfəli debet kart hansıdır? Ən Yeni-2022 

Banco.az ən sərfəli debet kartları təqdim edir.

Bank of Baku - Hazırda ən sərfəli kart bolkart debet kartlarıdır. Bolkart Debet kartları kredit xətti əvəzinə öz şəxsi vəsaitlərini istifadə etməyə üstünlük verən müştərilər üçün nəzərdə tutulub. Bu kartlarla müştərilər öz şəxsi vəsaitindən ölkə ərazisində, internetdə və xaricdə rahat şəkildə istifadə edə bilərlər. Bolkart Debet kartlarda alış-veriş zamanı 15%-dək ballar qazanmaq, komissiyasız nağdlaşdırma etmək və balansı 24/7 rejimində 5 saniyə ərzində artırmaq mümkündür. Daha bir üstünlüklərindən biri də kart hesabında minimum 100 AZN oludğu halda illik 5% əlavə gəlirin hesablanmasıdır.Bolkart Gənc Debet kartın 12 aylıq– 7 AZN ( kart hesabına 150AZN/USD/EUR daxil etdikdə kart pulsuz), 24 aylıq – 12 AZN, 36 aylıq xidmət haqqı - 16 AZN. Bolkart Ailə Debet kartın 12 aylıq– 8 AZN (kart hesabına 300 AZN / USD / EUR daxil etdikdə kart pulsuz) , 24 aylıq – 14 AZN, 36 aylı xidmət haqqı - 18 AZN.

Xalq Bank - Visa Electron/MC Debet kartını təklif edir. 1 illik xidmət haqqı 8 AZN və ya ilkin mədaxil 50 AZN-dir. 

Nağd pulun çıxarılmasında günlük limit:

3 000 AZN/USD/EUR

Nağdsız ticarətdə günlük limit:

5 000 AZN/USD/EUR

Ən sərfəli kredit üçün müraciət et

Unibank - Albalı Plus debet kartı sərfəli debet kartlardan sayılır. Kart hesabında olan qalıq məbləğə illik 3%-dək gəlir; kartla edilən nağdsız əməliyyatlarla 30%-dək cashback bonusları; komissiyasız nağdlaşdırma imkanı; unibank Mobile əlavəsində pulsuz köçürmə və pulsuz ödənişlər; Unibank-a məxsus ödəmə terminalları, Milliön və eManat terminallarında onlayn mədaxil kimi üstünlükləri var.

Xidmət haqqı 10 AZN təşkil edir.

Access Bank – Mycard debet kartlarını təklif edir. myCard ödəniş kartları həm debet, həm depozit kartlara aiddir. Kartda 500AZN-dən yuxarı olan qalıq məbləğin üzərinə əlavə faiz hesablanır. İllik faiz dərəcəsi 5% təşkil edir. AccessBankın ATM terminllarından nağlaşdırma komissiyasız aparılır. myCard Classic 3 il müddətinə açılır. Xidmət haqqı 20 AZN təşkil edir.

"Kapital Bank" "Visa İnternational" və "Mastercard" ödəniş sistemlərinə aid şəxsi debet kartlar təklif edir. Bu kartların qiymətləri müddətindən aslı olaraq 8, 12, 15 AZN təşkil edir. Debet kartınıza pul yükləmək üçün sizdən heç bir komissiya haqqı tutulmasa da, nağd pul çəkmək istəsəniz əməliyyat məbləğinin 1%-I (min. 1 AZN/USD/EUR) həcmində komissiya haqqı tutulur.

Express Bank - Expresso kart həm debet, həm kredit xətti xüsusiyyətlərini özündə birləşdirən və bir sıra başqa üstünlüklərə malik mükəmməl bank məhsuludur.

Kart üzrə xidmət haqqı: 12 ay – 5 AZN, 24 ay – 8 AZN, 36 ay – 12 AZN, 48 ay – 15 AZN. Debet qalığına hesablanacaq faiz dərəcəsi - 3% (AZN)/ 0.3% (USD). Karta yerləşdirilən 100 AZN/USD-dən 10 000 AZN/USD-dək pul vəsaitinə görə müştərilər AZN valyutası üçün illik 3% , USD valyutası üçün isə 0.3% gəlir əldə edirlər.

Pərvanə Aslanova, banco.az