"Miles” kartlar, bankların müştərilər ilə əməkdaşlığı, loyallığı qarşılığında, müəyyən imtiyazlar qazandıran bank məhsuludur. Bu kartlar vasitəsiylə apardığınız əməliyyatların qarşılığında toplanan ballara uyğun olaraq aviabiletlər üzrə güzəştlər qazana bilirsiniz. Banklar üzrə bu güzəşt və təkliflər, onların təqdim etdiyi kartlara görə fərqlənir. Bu kartlar “classic”, “gold” , “platinum” kimi növlərə bölünür ki, bu da qiymətdə və imtiyaz səviyyələrində fərqlilik deməkdir.
Azərbaycanda bu kartları Kapital Bank, Bank Silkway və Unibank təqdim edir. Onu qeyd edək ki, bu kartlar bir-birindən həm xususiyyətlərinə, həm də üstün cəhətlərinə görə fərqlənir. Məsələn digər iki bankda millərə görə hesablanan tariflər həm ölkə daxili, həm də ölkə xarici standart rəqəmlər olsa da, Unimiles kartda partnyorlarına görə fərqlənir. Qazandığınız milləri hesablamaq üçün bu linkdən istifadə edə bilərsiniz.
Bank |
Kartın adı |
Kartın qiyməti |
Hesablanan millər |
Kapital Bank |
Bir kart miles |
35 AZN (1 illik) |
1 mil 1 AZN (ölkə daxili)
1,5 mil 1 AZN (ölkə xarici) |
Unibank |
Unimiles |
100 AZN ( 3illik) |
Kateqoriyaya görə fərqlənir |
Bank Silkway |
VISA Classic miles |
40 AZN (2 illik) |
1 mil = 10 AZN (ölkə daxili)
1 mil = 5 AZN (ölkə xarici) |
VISA Gold miles |
100 AZN (2 illik) |
||
VISA Platinum Miles |
2000 AZN (2 illik) |