Biznes kreditləri üzrə mütəxəssis
“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.
Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir.
“Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.
Biznes kreditləri üzrə mütəxəssis
Tələblər:
∙ Ali Təhsil
∙ Azərbaycan və Rus dili bilikləri
∙ Microsoft Office proqramlarını bilməli
∙ Analitik qabiliyyət
∙ Məsuliyyət
∙ Ünsiyyət qurma bacarığı
∙ Problemləri həll etmək bacarığı
∙ Yaş həddi 22 - 30
Vəzifə öhdəlikləri:
∙ Müştərilərin cəlb olunması
∙ Müştərilər ilə ilkin tanışlıq və müştərilər haqda məlumatın Bankın proqramına daxil olunması
∙ Təhlil vaxtı analitik formulara doldurulan məlumatların analiz olunması
∙ Local Workbench proqramında memorandum formasının doldurulması
∙ Biznes kredit layihələrinin hazırlanması və Kredit komitəsinin/ Ekspert qrupunun iclaslarında layihələrin təqdim olunması
İş şəraiti:
İş yeri: Bakı
Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Mehriban kollektiv və karyera inkişafı imkanları
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş elektron ünvanına [email protected] göndərin. Əlaqəli şəxs – Elnur Axundov. Mövzuda – “Kredit mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.