FINCA Azerbaijan | Banco.az

FINCA Azerbaijan

 

“FINCA International”ın əsası (Foundation for International Community Assistance) 1984-cü ildə qoyulmuşdur. FINCA mikro kreditlərin əsas forması olan “Kənd bankçılığı metodu” və bütünlükdə mikromaliyyə sahəsindəki liderliyi ilə tanınır.

Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən "FINCA Azerbaijan" bütün Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. "FINCA Azerbaijan" dünyanın 22 ölkəsində fəaliyyət göstərən mikro-maliyyə qurumu olan "FINCA International" şəbəkəsinin bir qoludur.

"FINCA Azerbaijan" 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır. Həmin vaxtdan bəri “FINCA Azerbaijan” təşkilatı böyüyərək 140,000 nəfərdən çox aktiv müştərisi ilə Azərbaycanın 60-dan çox bölgəsində xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir.

Daha çox
Адрес ул. Дж.Джаббарлы., 44, Caspian Plaza 3, 8 этаж
Tелефоны (012) 596 33 85
Филиал 58
Веб сайт www.fincaazerbaijan.com
Mail [email protected]
CEO Тимоти Таррант
Müəllif: Samir Abdullayev

Ən sərfəli krediti almaq üçün müraciət et