Avropa Mərkəzi Bankı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avropa Mərkəzi Bankı

Avropa Mərkəzi Bankı (European Central Bank) – avrozonada milli çərçivələrdən daha yuxarı səviyyədə monetar siyasət aparmaq üçün yaradılmış təşkilatdır. 1998-ci ildə Frankfurtda təməli qoyulmuşdur, avrozonada monetar siyasət məsuliyyətini öz üzərinə götürəndən,
1999-cu il yanvarın 1-dən isə tamamilə istismara verilmişdir. AMB avronu qəbul edən üzv ölkələrin milli bankları ilə işləyir. AMB-nin idarəedici şurasının tərkibi altı üzvdən, idarəedici şura və Avropa Pul- Kredit İttifaqının üzvləri olan milli bankların idarəedicilərindən ibarətdir. AMB avro banknotlarının buraxılmasında yeganə hüquq sahibidir. AMB-nin məqsədləri Maastrixt müqaviləsinə və aşağıdakılara söykənir: qiymət sabitliyini qorumaq; qiymət sabitliyinə tabe olmaq; ittifaqın ümumi iqtisadi siyasətinə dəstək vermək.