Həzz Kart – müştərilərə pulsuz təqdim olunan faizsiz kredit kartıdır. Həzz Kart bank ilə partnyor olan geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, habelə restoran, supermarket, turizm, kinoteatr və digər ticarət obyektlərində keçərlidir. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylar ərzində (1,3,6,12,18 və 24 ay) bölünür və əlavə faiz hesablanmadan bərabər hissələrlə ödənilir. Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində müştəri tərəfindən dəfələrlə istifadə oluna bilərBankın müvafiq partnyor şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi bonus hesabına bonus şəklində yığılır. Hesablanmış bonuslar Bankın partnyor şəbəkəsi daxilində istifadə oluna bilər.