Banco.az | Tezliklə

Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq

Azərbaycanda süni intellektin ipoteka kreditləşmə prosesinə tətbiqi planlaşdırılır.

Bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev bildirib.

Azərbaycanca

EBRD-nin Azərbaycandakı cari investisiya portfeli 900 mln. avroya yaxınlaşıb

Bu il iyunun 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari portfeli 892 mln. avroya çatıb. Bu isə bir ay əvvələ nisbətən 2% və ya 18 mln. avro artım deməkdir.

Bu barədə EBRD-yə istinadən xəbər verir. Məlumata görə, hazırda aktiv layihələrin sayı isə 36-dır.

Azərbaycanca

Ən çox biznes krediti verən 5 bank (II rüb 2026)

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının 2026-cı ilin II rübünə olan göstəricilərinə əsasən, 5 bankın biznes kreditləri portfeli milyardı ötüb. Belə ki, ABB-nin biznes kreditlərinin həcmi 3,7 milyard manat, PAŞA Bank-ın biznes kreditlərinin həcmi isə 3,3 milyard manat təşkil edib.

Azərbaycanca

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği nə qədərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin iyulun 1-i vəziyyətinə görə, 280.6 min nəfərə bərabər olub. 

Azərbaycanca

Azərbaycanın Çexiyaya neft satışından qazancı 11%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya bu ilin yanvar-iyun aylarında Azərbaycandan 497 milyon 378 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 47 milyon 782 min dollar və ya 10,6% çoxdur.

Azərbaycanca

AMB qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarının idarəedilməsi üzrə tətbiq etdiyi alətlərin diversifikasiyası və gəlirliliyin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi (securities lending) əməliyyatının tətbiqinə başlayıb.

Azərbaycanca

PAŞA Sığorta 20 ildə KSM çərçivəsində yüzlərlə təşəbbüsə dəstək verib

20 illiyini qeyd edən PAŞA Sığorta korporativ sosial məsuliyyət (KSM) istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin inkişafına töhfə vermişdir. Şirkət təhsil, səhiyyə, ekologiya, idman, mədəniyyət və sosial rifah sahələrində bir çox təşəbbüslərin tərəfdaşı olub və minlərlə insanın həyatına sevinc gətirib.

PAŞA Sığorta bu illər ərzində şəhid ailələri və müharibə iştirakçılarına dəstək proqramlarında, qanvermə aksiyalarında, ağacəkmə kampaniyalarında, inklüziv cəmiyyətin inkişafına yönəlmiş təşəbbüslərdə, gənclərin inkişafı və idmanın təşviqi layihələrində fəal iştirak edib.

20 illik fəaliyyət dövründə formalaşan bu yanaşma PAŞA Sığortanın etibarlı sığorta tərəfdaşı olmaqla yanaşı, sosial dəyər yaradan şirkət kimi mövqeyini də daha da gücləndirib. Şirkət bundan sonra da insanların rifahına və ölkənin dayanıqlı inkişafına xidmət edən layihələrə dəstəyini davam etdirməyi hədəfləyir.

 

Azərbaycanca

Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət xətti ilə verilib

Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə 5,4 milyard manat ipoteka krediti verilib.

Bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, bunun təxminən 80 %-i Fondun (dövlət) xətti ilə, 20 %-i isə bankların daxili ipoteka proqramları üzrə verilib.

Azərbaycanca

Azərbaycanda "Kraudfandinq haqqında" qanun 6 aydan sonra qüvvəyə minəcək

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Kraudfandinq haqqında" qanunu təsdiqləyib.

Yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.

Azərbaycanca

Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin yerlərinin sayı təqribən 120 faiz artırılıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »