AccessBank qadın sahibkarlığının gücləndirilməsi istiqamətində həyata keçirdiyi regional “Access2Success: Biznes idarəçiliyinin əsasları” təşəbbüsünü bu dəfə Lənkəran şəhərində reallaşdırdı. Görüşdə ticarət, kənd təsərrüfatı, qida istehsalı, xidmət və digər sahələrdə fəaliyyət göstərən qadın sahibkarlar bir araya gələrək öz təcrübələrini bölüşüblər.
AccessBank Lənkəranda qadın sahibkarların biznes bacarıqlarını inkişaf etdirməyə dəstək oldu