Maliyyə bazarının aparıcı iştirakçılarından olan Xalq Bank ölkədə idmanın inkişafına dəstəyini davam etdirərək Azərbaycan Boks Federasiyasına üzv oldu.
Bu əməkdaşlıqla Xalq Bank, korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq gənclər arasında sağlam yaşam tərzinin təşviqinə, boks idmanının kütləviləşməsinə və idman infrastrukturunun gücləndirilməsinə töhfə verəcək.
