Yaxın Şərqdə gərginliyin artması fonunda çərşənbə axşamı neft qiymətləri orta dərəcədə artıb.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 64,05 dollar təşkil edib ki, bu da əvvəlki bağlanışdan 0,18 dollar (0,28%) çoxdur. Bazar ertəsi günü bu müqavilələr 0,53 dollar (0,8%) artaraq bir barel üçün 63,87 dollara çatıb.
