Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyard 520 milyon manat xərclənib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyard 520 milyon manat xərclənib.
Aazərbaycan Mərkəzi Bankı (AMB) hüquqi şəxs sığorta brokeri “Status Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə icrası məcburi sərəncam verib.
Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizləri ilə 24 milyon 154,1 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır.
Məlumata əsasən, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 10 milyon 555,6 min ton (-6,6 %), avtomobil nəqliyyatı ilə 8 milyon 8,8 min ton (+8,9 %) və dəniz nəqliyyatı ilə 5 milyon 589,7 min ton (-6,2 %) yük daşınıb.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib.
Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dolları təşkil edib.
İnvestisiya dünyasına addım atmaq indi daha sərfəli və rahatdır. Yelo invest istifadəçiləri üçün Qara cümə münasibətilə xüsusi kampaniya başladı! 2025-ci ilin noyabr ayının sonuna qədər bütün səhm və ETF alışı (10 USD-dən yuxarı səhmlərdə) əməliyyatlarını tamamilə komissiyasız həyata keçirmək mümkündür. Kampaniya həm bazar, həm də limit sifarişləri ilə edilən əməliyyatlara şamil olunur.
Yelo invest nədir?
Hər zaman korporativ sosial məsuliyyət layihələrinə xüsusi önəm verən Ziraat Bank Azərbaycan, bir daha gənclər arasında maliyyə savadlılığının artırılmasına yönəlmiş növbəti maarifləndirici layihəsini həyata keçirib. Bankın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Hədəf Liseyinin 9, 10 və 11-ci sinif şagirdləri Banka dəvət olunub və burada fəaliyyət göstərən departamentlərin iş prinsipləri ilə əyani şəkildə tanış olublar.
Müəllif - Fərid İslamov - Banco.az
Microsoft Corp. və Nvidia Corp. şirkətləri süni intellekt texnologiyaları üzrə ixtisaslaşan Anthropic adlı startapa 15 milyard dollara qədər birgə investisiya qoymaq barədə razılığa gəliblər.
Bundan əlavə, Anthropic şirkəti Microsoft Azure bulud xidməti üzərindən təxminən 30 milyard dollarlıq hesablama resursları (kompüter gücü) icarəyə götürməyi planlaşdırır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin oktyabr ayında mobil internetin sürətinə görə 104 ölkə arasında Azərbaycan 79.94 Mbps sürətlə 53-cü yerdə qərarlaşıb. Ötən ay ölkəmizdə genişzolaqlı internetin orta sürəti isə 84.82 Mbps (84-cü) olub.
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "Baku Electronics" MMC barəsində Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə işə baxılmasını yekunlaşdırıb.
Bu barədə Agentlikdən bildirilib.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da özəl sektorda məşğulluq azalıb.