Ötən il Azərbaycan Yunanıstana 702 min 354,87 ton xam neft ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu miqdarda məhsulun dəyəri 367 milyon 729,04 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü illə müqayisədə 1,9 dəfə, dəyəri isə 1,6 dəfə çoxdur.
