Maliyyə biliklərimizi artırmaq və ən son biznes xəbərlərindən agah olmaq üçün müxtəlif dərgilərə üz tuturuq. Xarici dil biliklərimizin olması isə əcnəbi mənbələrdən istifadə etməyə kömək edir.
TOP 10 biznes dərgisi
Maliyyə biliklərimizi artırmaq və ən son biznes xəbərlərindən agah olmaq üçün müxtəlif dərgilərə üz tuturuq. Xarici dil biliklərimizin olması isə əcnəbi mənbələrdən istifadə etməyə kömək edir.
Bu il Azərbaycanın ən yeni tarixində ilk dəfə olaraq ölkənin valyuta ehtiyatları azalmağa başlayıb.
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, ilin əvvəlində təxminən 53 milyard dollara bərabər olan valyuta ehtiyatları əriyərək təxminən 42 milyard dollara düşüb.
Qurumun bu il üçün nəzərdə tutduğu proqnozlar özünü doğrultmayıb.
Dünyanın tanınmış maliyyə qurumlarından olan İNG Group Unibank-a 20 milyon ABŞ dolları həcmində kredit ayırıb. Vəsait biznes layihələrinin maliyyələşdirilməsinə və ölkə iqtisadiyyatında real sektorun inkişafına yönəldiləcək.
Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.
İqtisadçı ekspert, Samir Əliyev: ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar həmişəki kimi bu dəfə də dollara əlavə dəstək verdi və dünya valyutası bahalaşmağa başladı.
Bankdan "Banco.az"a daxil olan məlumata görə, "Bank Techniquе" ASC-də "Zolotaya korona" sistemi üzrə təcili pul köçürmələrinə start verilib.
Fitch Ratings beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Expressbank-ın “B” reytinqini “stabil” proqnozu ilə təsdiqləyib.
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,27 dollar yaxud 0,56% ucuzlaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 47,76 dollara bərabərdir.
Amerika fond bazarında Dow Jones indeksi 1,00% - 17 730,48 bəndədək, NASDAQ 1,01% - 5 095,30 bəndədək, S&P 500 0,98% - 2 078,58 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,92% - 6 295,16 bəndədək, Almaniya DAX-ı 1,57% - 10 815,45 bəndədək, Fransa CAC-40-ı 1,46% - 4 911,17 bəndədək azalıb.