Banco.az | Tezliklə

“Yelo Bank”da daha bir icraçı direktor təyinatı

Tərlan Rüstəmov “Yelo Bank”da icraçı direktor təyin edilib.

Banco.az xəbər verir ki, Tərlan Rüstəmov “Yelo Bank”ın Pərakəndə məhsulların satışı üzrə icraçı direktoru vəzifəsinə təyin olunub.

O, bank sektorunda 15 ildən artıq iş təcrübəsinə malikdir.

Azərbaycanca

Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin

Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotiplərini qırır. Bankın bu sərfəli məhsulu istifadəçilərə illik 7% gəlir qazanmaq, üstəlik hesablanmış faizə də faiz əldə etmək şansı yaradır. Dollar valyutası üzrə isə bu qazanc illik 2.5%-dir. Yığım hesabının ən böyük özəlliyi isə gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, müştərilər vəsaitin hesabda qaldığı hər gün daha çox qazanırlar.

Azərbaycanca

Ötən ay Azərbaycan Gürcüstandan 500-dən çox avtomobil idxal edib

Ötən ay Azərbaycan Gürcüstandan ümumi dəyəri 20,4 milyon ABŞ dolları olan 536 ədəd minik avtomobili idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında bildirilib.

Azərbaycanca

Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir

“Unibank”ın kiçik sahibkarlığın inkişafına hədəflənən mikro kredit kampaniyası davam edir. Fevralın 28-dək qüvvədə olan kampaniya, sahibkarlara bizneslərinin ehtiyaclarına uyğun seçim imkanları yaradır.

Azərbaycanca

Azərbaycana xurma ixracından daxil olan valyuta 16%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar ayında 22 milyon 304 min dollar dəyərində 26 min 693 ton xurma ixrac edib.

Azərbaycanca

Nazirliyin avtomobilləri 5-ci dəfə 50% endirimlə təkrar satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 14 aprel 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Azərbaycanca

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 7%-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 77,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,8 milyon ABŞ dolları və ya 6,6% çoxdur.

Azərbaycanca

Azərbaycan Çexiyaya neft ixracını 4 dəfədən çox azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya bu ilin yanvar ayında Azərbaycandan 38 milyon 454 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 163 milyon 810 min dollar və ya 5,3 dəfə azdır. 

Azərbaycanca

Azərbaycan qiymətli məhsulların ixracından gəlirlərini 57 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan 33 milyon 711 min ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələr ixrac edib.

 Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 218 min ABŞ dolları (56,85 %) çoxdur.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »