Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 36,8 mlrd. manata çatıb.
Azərbaycan əhalisinin gəlirləri artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 36,8 mlrd. manata çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) müraciəti əsasında adı çəkilən bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirəcək.
NIKOIL | Bank VİP müştəriləri üçün ənənəvi JAZZ-axşamı təşkil etdi.
Yeni il öncəsi bütün alış-veriş mərkəzlərində edilən endirimlərdən faydalanmaq və yeni ili daha xoş qarşılamaq üçün nə lazımdır? Təbii ki, Albalı Plus kartı.
Onlayn treydinq və investisiya üzrə ekspert sayılan “Saxo Bank” 2016-cı il üçün nəzərdə tutulan iqtisadi “Şok proqnozları”nı açıqlayıb: "Bu az ehtimal olunan, ancaq bəlkə də, lazımi diqqət ayrılmayan 10 iqtisadi hadisədir ki, nəticədə, 2016-cı ildə maliyyə bazarları ağır fəsadlarla üzləşə bilər".
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Emin Ramiq oğlu Əfəndiyev təyin edilib.
“Texnikabank”ın yeni loqo və şüarı təsdiqlənib.
Bankdan "Banco.az"a daxil olan məlumata görə, Əvvəlki adını qaytarmış “Texnikabank” ASC yeni loqotip və şüarını (sloqan) təqdim edib.
ExpressPay-dən Yeni il aksiyası – pulsuz danışıq dəqiqələri qazanın!
ExpressPay ödəniş terminalları vasitəsilə Ulduzum abunəçiləri, Bakcell nömrələrinə minimum 3 AZN ödəniş etdikdə 3 dəqiqə pulsuz şəbəkə daxili danışıq vaxtı hədiyyə qazanırlar. Ətraflı məlumat üçün 830 yazıb, 5555 nömrəsinə pulsuz SMS göndərmək lazımdır.
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,94 dollar yaxud 2,46% bahalaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 39,21 dollara bərabərdir.
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,04 dollar yaxud 2,86% irəliləyərək 37,35 dollar/barel təşkil edib.