Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,53 dollar yaxud 5,10% ucuzlaşaraq 47,50 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 2,79 dollar və ya 5,30% ucuzlaşaraq 49,86 dollar/barelə enib.
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,53 dollar yaxud 5,10% ucuzlaşaraq 47,50 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 2,79 dollar və ya 5,30% ucuzlaşaraq 49,86 dollar/barelə enib.
İqtisadiyyat üzrə Nobel mükafatı Britaniya-ABŞ alimi, əslən şotland iqtisadçı Enqus Ditona verilib.
O, istehlak, yoxsulluq və rifahda gördüyü işlərə görə bu mükafata layiq görülüb.
"Mən Azərbaycan Beynəlxalq Bankı ilə bağlı məsələdə şahid qismində çağırılmışam. Şahid olduğumdan ölkəni tərk edə bilmirəm".
Apasport.az-ın məlumatına görə, bunu Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov Bolqarıstanın trud.bg saytına müsahibəsində deyib.
"Bank Technique" ASC "Bank Standard" QSC-nin İdarə Heyətinin sabiq sədri Səlim Krimanı məhkəməyə verib.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bank S. Krimandan borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib.
Unibank dəmir yolu əməkdaşlarının peşə bayramını xüsusi kampaniya ilə təbrik edir. Oktyabrın 12-dən 19-dək davam edən kampaniya çərçivəsində dəmiryolçuları üçün ALBALI PLUS kartları pulsuz olacaq. Kampaniya müddətində “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları bank filiallarına pulsuz ALBALI PLUS kartı və nağd kredit üçün müraciət edə bilər. Hazırda bankda 10.000 AZN-dək nağd kredit cəmi 1%-lik komissiya ilə rəsmiləşdirilir.
Avtobil kreditləri nə qədər sərfəlidir?
Xatırlayıram ki, cəmi bir-iki il öncə avtomobil kreditlərinin necə əlçatan olması haqqında yazırdıq. Ölkədə olan avtomobillərin əsas hissəsi (hər 3 avtomobildən 2-i) məhz kreditlə alınırdı. Məhz kreditlərin belə asan əldə edilən olması az-qala Bakıda hamının avtomobil alması ilə nəticələnmişdi.
Bu gün oktyabrın 12-də Sinqapurda dünyada ən böyük maliyyə sektorunun nailiyyətləri – SİBOS konfrans-sərgisinə start verilmişdir. Ötən illərdə olduğu kimi, tədbirdə təkcə Azərbaycandan deyil, bütövlükdə regiondan yeganə nümayəndə olan PAŞA Bank bank-eksponent qismində çıxış etdi.
Oktyabr ayının əvvələrində daha bir Azərbaycan bankı – Nikoil Bank təmassız ödəniş kartlarını müştərilərin istifadəsinə verdi. Bankın bu addımın səbələrini və yeni təmassız kartların müştərilərə hansı üstünlüyü qazandıracağını öyrənmək üçün Bankın kart biznesi departamentinin direktoru Leyla Kərimova ilə görüşdük. Leyla xanım Banco.az-ın suallarını cavablandırdı.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda mikromaliyyə sektorunun inkişafı ilə bağlı araşdırma çərçivəsində BOKT-lara da depozit qəbul etmək imkanının verilməsinin uğurlu olub-olmayacağını nəzərdən keçirir. Banco.az "Report"a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının mikromaliyyə sektorunun inkişafına texniki yardım proqramının müstəqil məsləhətçisi Nina Nayar məlumat verib.
13 oktyabr— Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günüdür. Kapital Bank əmək fəaliyyətini Azərbaycan dəmir yolu nəqliyyatı ilə bağlayan hər kəsi peşə bayramı münasibətilə təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır.