Bir neçə gün öncə hər kəsə özəl Bolkartları təqdim edən Bank of Baku müştərilərin kart seçimini asanlaşdırmaq üçün “Öz Bolkartını seç!” adlı xüsusi proqramı təqdim edir.
İlk 100 yeni Bolkart sahibinə Bank of Baku-dan HƏDİYYƏ!
Bir neçə gün öncə hər kəsə özəl Bolkartları təqdim edən Bank of Baku müştərilərin kart seçimini asanlaşdırmaq üçün “Öz Bolkartını seç!” adlı xüsusi proqramı təqdim edir.
Avropa Mərkəzi Banklar Sistemi (AMBS) - Avropa Birliyinin üzvü olan 28 ölkənin mərkəzi banklarını və Avropa Mərkəzi Bankını özündə birləşdirən və maliyyə tənzimlənməsi səlahiyyətini həyata keçirən üst qurum.
Qurumun əsas öhdəlikləri aşağıdakılardan ibarətdir:
“AtraBank” Western Union təcili pul köçürmə sistemi ilə birgə “WESTERN UNİON İLƏ DAHA VARLI“ adlı aksiya keçirir.
Aksiyanın şərtlərinə görə “AtraBank”-ın Baş ofis və filiallarında Pul göndərən və ya Pul qəbul edən şəxslər Western Uniondan 100$ qazanmaq şansını əldə edəcəklər.
“Kapital Bank” ASC 5 oktyabr beynəlxalq müəllimlər günü ilə əlaqədar təhsil işçiləri üçün “Müəllimlər üçün dəyər!” adlı endirim kampaniyasına start verib. 2015-ci ilin sentyabrın 28-dən oktyabrın 17-dək davam edəcək kampaniya çərçivəsində müəllimlər 15000 AZN-dək 0% komissiyalı “Gündəlik tələbat” kreditindən yararlana biləcəklər. Kreditin müddətindən asılı olmayaraq illik faiz dərəcəsi 27% təşkil edir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Kapital Bank” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini ‘B+’ səviyyəsindən ‘BB-’ səviyyəsinə çatdırıb. Agentlik Bankın dayanıqlılıq reytinqini (VR) ‘b’ dən ‘b+’ə yüksəldib. Bundan başqa, “Fitch Ratings” “Kapital Bank”ın xarici valyutada uzunmüddətli reytinqini “Sabit” proqnozla ‘BB-’ , xarici valyutada qısamüddətli reytinqini ‘B’ və dəstək reytinqini ‘3’ səviyyəsində təsdiqləyib.
Amerika fond bazarında Dow Jones indeksi 1,92% - 16 001,89 bəndədək, S&P 500 2,57% - 1 881,77 bəndədək, NASDAQ 3,04% - 4 543,97 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 2,46% - 5 958,86 bəndədək, Almaniya DAX-ı 2,12% - 9 483,55 bəndədək, Fransa CAC-40-ı isə 2,76% - 4 357,05 bəndədək ucuzlaşıb.
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,81 dollar yaxud 1,63% ucuzlaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,94 dollara bərabərdir.
Bu gün sentyabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 29-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0003 manat və ya 0,03% azalaraq 1,0480 manat olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar artaraq 44,47 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar artaraq 47,35 dollar olub.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki,“Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Gəncə şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.