Banco.az | Tezliklə

Azərbaycan nefti bir qədər bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,44 dollar və yaxud 0,93% bahalaşıb.

Banco.az "Report"a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 47,57 dollara bərabər olub.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (16.09.2016)

Azərbaycan Mərkəzi Bankı 16 senyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, sentyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.6375 manat təşkil edir.

Azərbaycanca

Azərbaycanda orta aylıq əmək haqqı 489 manata çatıb

 Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı builin avqustun 1-nə 1 521,1 min nəfər olub, onlardan 888,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 632,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycanca

"NİKOYL" Bankın Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

 "NİKOYL" İnvestisiya Kommersiya Bankının səhmdarlarının 2016-ci il 31 avqust tarixli növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının üzvlərinin sayının 7 nəfərdən 5 nəfərədək dəyişilməsi və şuranın tərkibinin aşağıdakı qaydada formalaşdırılmasıqərarı qəbul edilmişdir:

Müşahidə Şurasının sədri - Xəlilov İsgəndər Ağasəlim oğlu

Azərbaycanca

Azərbaycanda son 12 ildə regionlar üzrə vergi daxilolmaları 17 dəfə artıb

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarından sonra son 12 ildə bölgələr üzrə vergi daxilolmaları 16,5 dəfə artıb. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyi Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin rəisi Elçin Bəylərov məlumat verib.

Azərbaycanca

Sentyabrın 16-na dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 16.09.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6375 səviyyəsində müəyyən olunub.

Azərbaycanca

İş müraciətləriniz niyə cavabsız qalır?

Müraciət etdiyiniz iş elanından cavab gəlməyib? Bu işə uyğun olduğunuzu zənn edirsiniz, CV göndərmisiniz amma sizə nə yazıb, nə də zəng ediblər. Bunun səbəbi nə ola bilər?

Bunları sizin üçün araşdırdıq. Bir sıra səbəblər var ki, bunlar sizin müraciətinizin cavabsız qalmasına səbəb olur:

Azərbaycanca

Mərkəzi Bank 50 milyon manat cəlb etmək niyyətindədir

Növbəti depozit hərracı sentyabrın 19-da baş tutacaq.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

Azərbaycanca

Azərbaycanda icbarı auditdən yayınma 98%-ə çatır

 Azərbaycanda auditor xidmətinin göstərilməsinə dair müqavilələrin sayı azalmağa başlayıb.

Auditorlar Palatasından "Report"a verilən xəbərə görə, bu ilin birinci yarısında auditor xidmətinin göstərilməsinə dair 2 042 ədəd müqavilə imzalanıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müqavilələrin sayında 10% azalma qeydə alınıb.

Azərbaycanca

Palata: Hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını ləğv etməyi planlaşdırmırıq

Beynəlxalq Valyuta Fondunun (IMF) bu məlumatı ilə bizdə tanışıq. Bu hesabat BVF-nin iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov bildirib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »