Cari ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 23,6 mlrd. manata çatıb.
Bu il Azərbaycan əhalisinin gəlirləri 6%-dən çox artıb
Cari ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 23,6 mlrd. manata çatıb.
Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal edilən ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 32,1 mlrd. manata çatıb.
"Kapital Bank" ASC-nin bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Bankın rəsmi saytında verilən məlumata əsasən, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
Çin Mərkəzi Bankı (ÇMB) avqustun 13-də, ardıcıl olaraq üçüncü gün milli valyutanın devalvasiyasını həyata keçirib. Bu gün ÇMB yuanı daha 1,1% ucuzlaşdırıb. Bununla da, dolların məzənnəsi 6,401 yuan səviyyəsinə yüksəlib.
Banco.az "Report"a istinadən verdiyi xəbərə görə, ÇMB-nin bugünkü qərarı ilə yuan son üç gündə toplam olaraq 4,6% devalvasiyaya məruz qalıb.
Unibank hər zaman müştərilərinə daha yaxın olmağa çalışır. Təsadüfi deyil ki, xidmət keyfiyyətini yüksəltmək və fəaliyyət sahəsini genişləndirmək hər zaman bankın əsas prioritetlərindən biri hesab olunur.
Hal- hazırda Unibank 40 filialı ilə müştərilərinin xidmətindədir. Onlardan 16-sı ölkəmizin müxtəlif bölgələrındə yerləşir.
“Bank Technique”ASC-dən ipoteka krediti götürənlər ödənişi başqa banklara edəcəklər.
Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondundan (AİF) “APA-Economics”ə verilən məlumata görə, artıq bununla bağlı kreditorlar məlumatlandırılır.
2015-ci ildə Azərbaycanda inflyasiya birrəqəmli səviyyədə qalacaq
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il yanvar-iyun ayları üçün “Pul siyasəti icmalı”nda deyilir.
2015-ci ilin I yarımilində Azərbaycanın regionlarında əhaliyə verilən kreditlər 3,31 milyard manat təşkil edib. Bu da bankların kredit portfelinin ümumi həcminin 16,3 faizi deməkdir.
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2015-ci ilin yanvar-iyun aylarında 56,5 milyon manat məbləğində kredit verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 12 faiz azdır. Trend-in məlumatına görə, bu barədə AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.
Avqustun 12-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,001% azalaraq 17 402,51 bənd, S&P 500 0,10% bahalaşaraq 2 086,05 bənd, Nasdaq isə 0,15% irəliləyərək 5 044,39 bənd təşkil edib.