2027-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri ilkin proqnozla müqayisədə 20 milyon manat artırılaraq 39 milyard 254 milyon manat nəzərdə tutulub.
Banco.az xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
